18 sentyabr 2015 11:45
Huqo Loris: Tottenhemin əsas hədəfi qalib gəlmək idi, buna da nail oldu
İngiltərənin "Tottenhem" klubunun qapıçısı Huqo Loris Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında 3:1 hesablı qələbə qazandıqları oyunla bağlı bunları söyləyib:
"Əsas hədəfimiz qələbə və üç xal qazanmaq idi. Buna da nail olduq. Baxmayaraq ki, penalti nəticəsində erkən qol buraxdıq. Məhz buraxılan qoldan sonra özümüzü toparlaya bildik və yüksək səviyyəli futbol nümayiş etdirərək, qələbə qazandıq".
