18 sentyabr 2015 11:30
Rikardo Koşta: Qəbələ ilə heç-heçə ədalətli nəticədir
Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Rikardo Koşta Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, UEFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Qəbələ" güclü komandadır. Onlar bunu hələ "Panatinaikos"la oyunda sübuta yetirmişdlər. Bizim qol vurmaq üçün şanslarımız oldu. Amma buna nail ola bilmədik və 3 xal qazanmaq istədiyimiz baş tutmadı. Hər şey heç-heçəyə aparırdı. Ona görə də bu nəticəni uğursuz və ya ədalətsiz adlandıra bilmərəm".
