18 sentyabr 2015 02:15
Dodo: Təəssüf ki, uşaqların əziyyəti bəhrəsiz qaldı
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:0 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Bu gün heç də pis oynamadıq. Hərdən elə oyunlar olur ki, çox çalışmadığın halda qollar vura bilirsən. Amma bəzən də qol vurmaq üçün əlindən gələni etdiyin halda buna nail ola bilmirsən. Bu gün bizdə ikinci variant özünü göstərdi. Təəssüf! Uşaqlar qələbə qazanmağımız üçün maksimum güclərini sərf etdilər".
