18 sentyabr 2015 00:45

İqor Tudor: Qəbələ ilə heç-heçə pis nəticə deyil, uduza da bilərdik

Yunanıstanın PAOK klubunun baş məşqçisi İqor Tudor Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz bitən görüşdən sonra bunları söyləyib:

"Komandam yaxşı oynadı. Amma qələbə qazana bilmədik və bir xalla kifayətlənməli olduq. Fikrimcə, bu da pis nəticə deyil. Çünki uduza da bilərdik. "Qəbələ" ilə səfərdə oynamaq asan olmadı. Həm də ilk oyunlar heç vaxt asan keçmir".

Xorvatiyalı mütəxəssis etdiyi əvəzetmələr və futbolçularının çıxışı barədə də danışıb: "Hər bir baş məşqçinin oyunla bağlı öz düşüncələri olur. Əvəzetmələr qələbə qazanmağa hesablanır. Biz də qol vurmaq istəyirdik. Ona görə də riskə getdik. Mümkündür ki, bəzi futbolçular tam formada deyil. Qol vurmasan, qələbə də qazana bilməzsən. Qarri Rodriqes bu gün yaxşı oynadı. O, təkbətək mübarizələrdə çox yaxşıdır. Dimitar Berbatova gəlincə, o, hələ əsas heyətdə meydana çıxmağa hazır deyil. Ona vaxt lazımdır. Bu futbolçunun müdafiəni yarmaq bacarığı var. Berbatovun ustalığından yararlanmağa çalışacağıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.