18 sentyabr 2015 00:15
Tale Heydərov: Daha çox xal toplamağa çalışmalıyıq
"Qəbələ"nin prezidenti Tale Heyderov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Mən həmişə komandanın oyunlarına gəlib, onu dəstəkləməyə çalışıram. Şanslara gəlincə, hər şey özümüzdən, öz oyunumuzdan asılıdır. Bu gün bir xal qazandıq. Növbəti oyunlarda daha çox xal toplamağa çalışmalıyıq".
