17 sentyabr 2015 20:00

Elvin Yunuszadə: Qarabağ Londona uduzmağa gəlməyib

"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Tottenhem"lə oyundan nə gözləyirsiniz?
- Bu komandanın gücü hər kəsə məlumdur. Burada artıq şərhə ehtiyac yoxdur. Allah eləsin ki, Londonda layiqli oyun sərgiləyə bilək. Nəticədən asılı olmayaraq, meydanda var gücümüzü qoyacağıq. Biz Londona uduzmağa gəlməmişik.

- "Tottenhem"in oyunlarına baxmısınız?
- Biz hər oyuna ciddi hazırlaşırıq. Rəqibin oyunlarını analiz etmişik, videomateriallara baxmışıq.

- "Qarabağ"ın Londondan uğurlu nəticə ilə qayıtması nə dərəcədə inandırıcıdır?
- Futbolda hər şey mümkündür. Çalışacağıq ki, yaxşı futbol sərgiləyib, uğurlu nəticə qazanaq.

- "Xəzər Lənkəran" üzərində qazandığınız son qələbə çox çətinliklə başa gəldi...
- Bəli, bu, doğrudan da çətin oldu. Rəqib bizə qarşı yaxşı mübarizə apardı. Üstəlik, süni meydan amili də bizə problem yaradırdı. Amma biz istədiyimiz nəticəyə nail ola bildik, 3 xal qazandıq. Bizim üçün çempionatın hər bir oyunu vacibdir. Başa düşürük ki, indi xal itkisi ilə üzləşsək, mövsümün sonunda bu, bizə baha başa gələ bilər. Ona görə də hər oyuna ciddi yanaşırıq.

- "Xəzər Lənkəran"la oyunun çətin alınmasına səbəb təsadüfən "Tottenhem"lə oyunu daha çox düşünməyiniz deyildi ki? Baş məşqçi də Rəşad Sadıqovla Qara Qarayevə istirahət vermişdi...
- Bizdə əsas və ikinci qapıçı anlayışı yoxdur. Hər dəfə fərqli heyətlə meydana çıxırıq. Rəşad, Qara oynamasa da, Reynaldo, Almeyda, Dani eydanda idi. Onlar da aparıcı futbolçulardır. Əsas odur ki, qalib gəldik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.