Rikardinyo: Qəbələnin əsas üstünlüyü doğma meydanda çıxış etməsidir
"Qəbələ"nin yarımmüdafiəçisi Rikardinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qarşı səfər matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi yaxşı matç gözləyir. Biz azarkeşlərin oyunumuzdan həzz alacağına inanırıq. Rəqibimiz güclüdür. Amma bizim də yunanlara cavab verəcək gücümüz var. Onlara qarşı mübarizə aparmağa hazırıq. Belə rəqiblə oyunda topa daha çox nəzarət etmək arzuolunandır. Çünki PAOK-un heyətində yüksək səviyyəli futbolçular çıxış etdiyindən onlar topa sahib olduqları halda bizə çox təhlükə yaradacaqlar. Bizim əsas üstünlüyümüz doğma meydanda çıxış etməyimizdir. Qrupdan çıxmaq istəyiriksə, minimum vəzifənin öhdəsindən gəlməliyik. Bu da qələbə qazanmaqdan ibarətdir".
