17 sentyabr 2015 13:00
Prosineçki Tsipriçi Londona göndərdi, özü Qəbələnin oyununa baxacaq
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən, millinin məşqçisi Qordan Tsipriç UEFA Avropa Liqasının qrup mərhələsində bu gün İngiltərənin London şəhərində keçiriləcək “Tottenhem” – “Qarabağ” oyununu izləyəcək. Azerisport.az xəbər verir ki, xorvatiyalı baş məşqçi və digər köməkçiləri isə “Bakcell Arena”da “Qəbələ” – PAOK qarşılaşmasına baxacaq.
Qeyd edək ki, "Qəbələ" - PAOK matçı saat 22:00-da, "Tottenhem" - "Qarabağ" qarşılaşması isə saat 00:05-də start götürəcək.
