17 sentyabr 2015 12:45
PAOK Qəbələyə qarşı üç müdafiəçi ilə oynayacaq
Yunanıstan mətbuatı PAOK-un Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" ilə səfər oyunu üçün start heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, yunan həmkarlarımız baş məşqçi İqor Tudorun ilk dəqiqələrdən bu futbolçuları meydana buraxacağını və 3-5-2 taktikasından yararlanacağını düşünürlər:
Robin Olsen - Migel Vitor, Rikardo Koşta, Giorgos Tsavellas - Dimitris Konstantinidis, Stelios Kitsiu, Aleksandros Tsiolis, Dimitris Pelkas, Erik Sabo - Robert Mak, Stefaons Atanasiadis.
Qeyd edək ki, "Qəbələ" - PAOK qarşılaşması bu gün "Bakcell Arena"da baş tutacaq və saat 22:00-da start götürəcək.
