17 sentyabr 2015 12:30
Poçettino Qarabağla oyun öncəsi itkilərdən danışdı
İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Maurisio Poçettino Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, daha çox komandasının itkilərindən danışıb:
"Zədə səbəbindən Nabil Bentaleb, Rayan Meyson, Mussa Dembele və Kristian Eriksen komandaya kömək edə bilməyəcək. Eriksen sıraya dönməyə yaxındır. Amma digərləri kimi, o da oynaya bilməyəcək. Meysonun da qısa müddətə sıraya dönəcəyinə ümidliyik. Bentaleb də bir neçə həftə yaşıl meydanlardan kənar qalacaq".
