17 sentyabr 2015 23:53

Qəbələ PAOK-a qalib gələ bilmədi

Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qəbələ" də qrupdakı ilk oyununa çıxıb.

Qəbələlilər doğma meydanda Yunanıstan PAOK-u ilə qarşılaşıblar. Roman Qriqorçukun komandası qrup mərhələsindəki tarixi əhəmiyyətə malik debüt oyununda mütləq uğurlu nəticəyə imza atmağı hədəfləmişdi. Lakin təmsilçimizin bütün səylərinə baxmayaraq, qrup mərhələsi çərçivəsindəki ilk matçından yalnız bir xalla ayrıla bilib.

"C" qrupundakı digər oyunda Dortmund "Borussiya"sı (Almaniya) doğma meydanda Rusiya "Krasnodar"ını qəbul edib. Bu oyun isə meydan sahiblərinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

UEFA Avropa Liqası
"C" qrupu
1-ci tur

17 sentyabr

“Qəbələ” - PAOK - 0:0 (0:0)
Sarı vərəqə: Q.Rodriqes, 31. G.Tsavellas, 45. Dodo, 69. A.Antonov, 90.
Baş hakim: Xavyer Estrada (İspaniya).
Bakı. “Bakcell Arena”.

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 10. Dodo (k) (66. Samir Zərgərov, 83), 19. Aleksey Qay, 88. Derlis Meza Kolli, 7. Ermin Zets (32. Fakundo Pereyra, 46), 9. Sergey Zenyov, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 8. Məhəmməd Mirzəbəyov, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 70. Vaqif Cavadov.
Baş məşqçi: Roman Qriqorçuk.
PAOK: 25. Robin Olsen, 15. Migel Vitor, 20. Rikardo Koşta, 31. Giorgos Tsavellas, 70. Stelios Kitsiu, 6. Aleksandros Tziolis, 11 Robert Mak, 24. Qarri Rodriqes, 52. Erik Sabo (9. Jayro, 84), 77. Dimitris Pelkas (7. Eyal Qolasa, 76), 33. Stefanos Atanasiadis (k) (10. Dimitar Berbatov, 59).
Ehtiyat oyunçular: 71. Panayotis Qlikos, 13. Stelios Malezas, 22. Dimitris Konstantinidis, 21. Xaris Xarisis.
Baş məşqçi: İqor Tudor.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.