18 sentyabr 2015 01:54

Qarabağ Tottenhemə qol vurmasına peşman oldu

Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qarabağ" da qrupdakı ilk oyununa çıxıb.

Ağdam təmsilçisi səfərdə İngiltərənin "Tottenhem" klubunun qonağı olub. Qurban Qurbanovun komandası çətin səfərdən hətta 1 xalla da qayıtmağa nail olsaydı, bu, çox uğurlu başlanğıc sayılacaqdı. Qarşılaşmada da təmsilçimiz üçün uğurlu başlayıb. Amma Riçard Almeydanın penalti qolu ilə hesabı açmasına baxmayaraq, Ağdam klubu meydandan məğlubiyyətlə ayrılmaq məcburiyyətində qalıb.

"J" qrupundakı digər oyunda Belçika "Anderlext"i Fransa "Monako"su ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə isə 1:1 hesabı qeydə alınıb.

UEFA Avropa Liqası
"J" qrupu
1-ci tur

17 sentyabr

"Tottenhem" - "Qarabağ" - 3:1 (2:1)
Qollar: R.Almeyda, 7-pen. (0:1). S.X.Min, 28 (1:1). S.X.Min, 30 (2:1). E.Lamela, 86 (3:1).
Sarı vərəqə: E.Lamela, 75. M.Medvedev, 84. İ.Şehiç, 85. Mişel, 90+1.
Baş hakim: Adrien Jakote (İsveçrə).
London. "Uayt Hart Leyn" stadionu.

"Tottenhem": 1. Huqo Loris (k), 3. Denni Rouz, 4. Tobi Alderveyreld, 15. Erik Dayer (29. Qarri Uinks, 76), 16. Kiran Tripper, 27. Kevin Vimmer, 11. Erik Lamela, 17. Andros Taunsend (14. Klinton Njie, 68), 20. Bamidele Alli, 28. Tomas Kerroll, 7. Son Xın Min (10. Qarri Keyn, 68).
Ehtiyat oyunçular: 13. Mixel Vorm, 21. Federiko Fasio, 33. Ben Devis, 25. Coşua Onoma.
Baş məşqçi: Maurisio Poçettino.
"Qarabağ": 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana (8. Mişel, 79), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (67. Əlhərbi Əl-Jadeyui, 79), 7. Cavid Tağıyev (90. Samuel Armenteros, 67), 9. Reynaldo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.