17 sentyabr 2015 00:00

Qurban Qurbanov: Qarabağ heç vaxt rəqiblərindən çəkinməyib

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı səfər matçı öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı öncə bunları söyləyib:

- Bu, bizim Avroliqanın qrup mərhələsində ikinci çıxışımızdır. Təcrübə toplayırıq. Bir məşqçi kimi mənim özümə də belə rəqiblərlə qarşılaşmaq çox xoşdur. Rəqib barədə çox danışmaqda məna görmürəm. "Tottenhem"in gücü hər kəsə məlumdur. Matça yaxşı əhval-ruhiyyədə hazırlaşmışıq. Bacardığımız nədirsə, meydanda ən yaxşısını göstərməyə çalışacağıq. Oyunçularıma inanıram. Fikrimcə, onlar yaxşı futbol sərgiləyə biləcəklər.

- Azərbaycan klubu ilk dəfə İngiltərə təmsilçisinə qarşı oynayacaq. Sizcə, hansı çətinliklərlə üzləşə bilərsiniz?
- İngiltərə klubları həmişə İngiltərə futbolu sərgiləmirlər. Məsələn, "Tottenhem"in çalışdırıcısı argentinalıdır. Rəqibin yüksək səviyyəli futbolçuları var. Mümkün qədər hər şeyə hazır olmağa çalışacağıq.

- Londonda yağış gözlənilir. Bu, sizə problem yarada bilər?
- Təmiz İngiltərə havasıdır. Düzdür, havanın sabah necə olacağını dəqiq bilmirik. Dəyişə bilər. Hər halda oyunçularımıza maraqlı olacaq. Amma yağış təbii ki, müəyyən problem yarada bilər.

- Maksim Medvedev sıraya dönüb. Əsas heyətdə o oynayacaq, ya İlqar Qurbanov?
- Hələ qərar verməmişəm. Oyuna qədər düşünmək üçün vaxtım var.

- Yeni transferlərdən hansısa start heyətdə meydana çıxa bilər?
- İlk dəqiqələrdən də olmasa, sonradan meydanda olmaları mümkündür.

- "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino "Qarabağ"ı təhlükəli və güclü komanda adlandırıb...
- Biz rəqiblərimizdən heç vaxt çəkinməmişik. Rəqiblərimizin bizim haqqımızda belə müsbət sözlər söyləməsi isə onların bizi necə ciddi qəbul etdiyindən xəbər verir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.