16 sentyabr 2015 20:40
Aleksandr Tsiolis: Qəbələ ilə oyunda nə etməli olduğumuzu yaxşı bilirik
Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Aleksandr Tsiolis Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi yunan futbolçunun açıqlaması ilə tanış edir.
"Digər rəqiblərlə müqayisədə "Qəbələ"ni təcrübəsiz komanda saymaq olar. Amma bu, elə də böyük əhəmiyyət daşımır. Onların "Panatinaikos"a qarşı necə oynadığını, mübarizədən kənarlaşdırdığını görmüşük. Amma biz istənilən halda qələbəyə oynayacağıq. Şəxsən mən meydanda var gücümlə mübarizə aparmağa hazıram. "Qəbələ" ilə bağlı çox şey bildiyimi deməzdim. Lakin sabah bu komandaya qarşı necə oynayacağımızı, nə etməli olduğumuzu yaxşı bilirik".
