16 sentyabr 2015 20:20
Dodo: Həyatım boyunca qrup mərhələsində oynamaq üçün şans gözləmişəm
“Qəbələ”nin yarımmüdafiəçisi Dodo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-u ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu bu gün təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Mən bütün oyunlarda var gücümlə mübarizə aparmışam. Sabah PAOK-la oyunda da siz Dodonun 150-200 faiz güc sərf etdiyini görəcəksiniz. Mən həyatım boyunca qrup mərhələsində oynamaq üçün şans gözləmişəm. Həyatımda çoxlu çətinliklərlə üzləşmişəm. Ona görə də çətinliklərdən qorxmuram. Əminəm ki, sabah komanda olaraq tam gücümüzü meydanda qoyacağıq".
