16 sentyabr 2015 18:00

Ansi Aqolli: Qarabağ öz rəqiblərindən qorxmur

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı keçirəcəkləri səfər matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Tottenhem"in İngiltərə Premyer Liqasında "Sanderlend"ə qarşı son matçını izləmisiniz?
- Məşqdə olduğumuza görə həmin oyuna canlı baxa bilməmişdik. Amma sonradan video icmalına baxmağa imkan tapdım.

- Bu komanda hələ ötən mövsümkü formasını tam bərpa edə bilməyib...
- Onlar indiki halda da çox güclüdürlər. İstənilən halda, İngiltərə Premyer Liqasında çıxış edən komandaya qarşı oynayacağıq.

- "Tottenhem"i Çempionlar Liqası səviyyəsində klub saymaq olar. "Qarabağ" belə bir rəqibə qarşı layiqli mübrizə aparacaq gücdədir?
- Bizim qrupda yer alan komandaların hamısı ÇL səviyyəli klublardır. Biz də belə bir səviyyəyə qalxmağa çalışırıq. "Qarabağ" rəqiblərindən qorxmur.

- Çətin ki, kimsə sizin qarşıdakı oyununuza müsbət proqnoz verə. Bəs siz?
- "Tottenhem" öz meydanında oynayır və favoritdir. Çünki bizi çox ciddi rəqiblə duel gözləyi. Amma biz özümüz uğur qazanmağa çalışmalıyıq.

- Sizcə, ötənilki qrup mərhələsi ilə müqayisədə daha yaxşı nəticə qazana biləcəksiniz?
- Bunun üçün əlimizdən gələni edəcəyik. Ötən mövsüm qrup mərhələsində keçirdiyimiz oyunları yada salmaq istəməzdim. Xüsusilə də bizi pley-offdan məhrum edən məlum hakim səhvini ümumiyyətlə xatırlamaq istəmirəm. Bu dəfə rəqiblərimiz çox güclüdür. Hər bir iştirakçının qarşısına qrupdan çıxmaq hədəfini qoyduğu şübhə doğurmur.

- Avroliqanın qrupunda Albaniya təmsilçisi "Şkenderbeu" da çıxış edəcək. Sizcə, albanlar bu klubla yanaşı, "Qarabağ"a yenə dəstək göstəcəklər?
- Ölkəmizdə albaniyalı futbolçuların formasını geyindiyi istənilən komandaya zarkeşlik edirlər. Ona görə "Qarabağ" da Albaniyada pərəstiş edilən komandalardandır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.