16 sentyabr 2015 17:30
PAOK artıq Bakıdadır
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"nin qonağı olacaq Yunanıstanın PAOK klubu bu gün Azərbaycana gəlib. Azerisport.az xəbər verir ki, rəqib komanda Bakıya 20 futbolçu ilə gəlib.
Sözügedən komanda axşam saatlarında matçın keçiriləcəyi "Bakcell Arena"da son məşqə çıxacaq. Bundan öncə isə baş məşqçi İqor Tudor jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, "Qəbələ" - PAOK matçı sabah saat 22:00-da start götürəcək.
