16 sentyabr 2015 14:00

Rəşad Sadiqov: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- PAOK-la vacib oyun öncəsi çempionatda "İnter"ə məğlubiyyət komandanızdakı atmosferə təsir etməyib ki?
- Düşünmürəm. Biz peşəkar komandanın üzvləriyik. Ona görə də bir oyuna görə hər şeyin üstündən xətt çəkə bilmərik. Öz gücümüzə kifayət qədər inamımız var. Qısa zamanda bərpa olacağımıza da şübhə etmirik. Avrokuboklarda oyuna çıxmağın özü də əlavə emosiya deməkdir.

- Sizə elə gəlmir ki, PAOK-la ev oyunu ilk dəfə vəsiqə qazandığınız Avroliqanın qrup mərhələsinə qələbə ilə başlamaq üçün əla şansdır?
- Fikrimcə, siz haqlısınız. Biz qələbəyə oynayacağıq. Bu qələbə bizim üçün yaxşı perspektiv də yarada bilər. Qrupdan çıxmaq istəyiriksə, evdə keçirəcəyimiz bütün oyunlarda qələbə qazanmalıyıq.

- Rəqibləriniz barədə hansı fikirdəsiniz?
- Dortmund "Borussiya"sı (Almaniya) barədə ətraflı danışmağa ehtiyac da yoxdur. PAOK və "Krasnodar"a (Rusiya) gəlincə, onların arasında zəif rəqib axtarmağa dəyməz. İkisi də bərabər səviyyəli komandadır. Amma biz hər bir rəqiblə mübarizə aparacaq gücdəyik. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik.

- "Neftçi" ilə buna nail ola bilməmişdiniz...
- (gülür) Elə ona görə də bu dəfə qrupdan çıxmağı çox istəyirəm.

- "İnter"ə məğlubiyyət sizin çempionluq iddialarınıza təsir etməyəcək?
- Hiss olunurdu ki, rəqib bizimlə oyuna yaxşı hazırlaşmışdı. Biz iki səhvə yol verdik, "İnter" bu şansdan yararlandı. Amma bizim oyundan qalib ayrılmaq üçün kifayət qədər qol vəziyyətimiz oldu.

- "Qarabağ" sizdən aralanmağa nail oldu...
- Bu xal itkilərini növbəti turlarda unutdurmaq lazımdır. Bu mövsüm bizim yüksək hədəflərimiz var. Çempionatın startında bu qədər xal itirmək olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.