16 sentyabr 2015 00:05

Qəbələ yeni mövsüm üçün titul sponsorunu açıqladı

“Qəbələ” İdman Klubu ilə “Qafqaz” otellər qrupu arasında imzalanan müqaviləyə əsasən, “Qəbələ” İK-nın bütün futbol komandaları 2015-2016-cı illər mövsümündə üzərində “Qafqaz Hotels and Resorts” reklamı əks olunan formalar geyinəcək. Azerisport.az xəbər verir ki, “Qafqaz Hotels and Resorts” reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində və oyunsonrası mətbuat konfranslarında arxa fon lövhəsində də yerləşdiriləcək.

Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kampaniyalarında bir-birini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.

“QafqaZ” Azərbaycanın ən böyük mehmanxana şəbəkəsidir və Qəbələ, Lənkəran və Bakıda fəaliyyət göstərir. Mehmanxana şəbəkəsinə 1400-dən artıq otağı olan 13 ədəd 4-5 ulduzlu mehmanxana və istirahət mərkəzləri daxildir. Hazırda, “QafqaZ Hotels & Resorts” müasir və xidmətlərin bütün cəhətlərini əhatə edən dinamik, proqresiv otelçilik qrupudur. “QafqaZ Hotels & Resorts” fəaliyyətində “Səmimi Qayğı və Həqiqi Azərbaycan Qonaqpərvərliyi” şüarını əsas tutur, - deyən şirkətin Baş İcraçı Müdir müavini Elgün Məmmədov əməkdaşlıqla bağlı bu fikirləri səsləndirdi: “Qəbələ” İK isə bu mövsüm ölkəmizi beynəlxalq arenada layiqli təmsil edir. Ona görə də, iki qurumun əməkdaşlığının Azərbaycanın tanıdılmasında və təbliğatında önəmli bir yer tutacağı şübhəsizdir. Müqavilə müddətinin bir il olmasına baxmayaraq, əməkdaşlığın daha uzun müddəti əhatə edəcəyini düşünürəm”.

“Qəbələ” İdman Klubunun Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibov isə əməkdaşlıqla bağlı fikirlərini bildirərkən: “QafqaZ Hotels & Resorts” kimi ölkəmizin önəmli brendlərindən biri ilə əməkdaşlıq etmək klubumuz üçün çox mühüm hadisədir. Çünki əsas məqsədimiz futbol sahəsində ölkəmizin bir nömrəli markası olmaqdır. Bu hədəfə daim birincilərlə çalışaraq çata biləcəyimizin fərqindəyik”, - dedi.

Xatırladaq ki, “Qəbələ” futbolçuları ötən 2 mövsüm ərzində də meydançaya bir digər qlobal brend - “Pepsi” reklamlı formalarla çıxırdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.