15 sentyabr 2015 18:40

Tadas Simaitis: Qol epizodunu hələ də unuda bilmirəm

“Burada hər şey yaxşıdır və klubun durumu məni qane edir. Oyunlara necə lazımdırsa, elə də hazırlaşırıq. Oyundan oyuna komandanın çıxışı yaxşılaşır, futbolçular məşqçilərin istədiyi nəticələri qazanmağa səy göstərir”.

Azerisport.az xəbər verir ki, bu cümlələrin müəllifi “Kəpəz”in qolkiperi Tadas Simaitisdir. Klubun mətbuat xidmətinə danışan litvalı qapıçı komandanın çıxışı haqda da fikirlərini bölüşüb: “İlk üç oyunda qələbə qazana bilməsək də, AZAL-a qarşı görüşdə arzulanan qələbə xalını aktivə yazdıq. Məni ən çox narahat edən məqam “Zirə” ilə ev matçında qələbəni son anlarda əldən verməyimiz oldu. Yaxşı oynadıq, demək olar ki, üç xal əlimizdə idi. Amma qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmədik. Bilirəm ki, komandamızın yaxşı gələcəyi var. Çempionatın irəliləyən turlarında qələbələrimiz daha çox olacaq. Ruhdan düşmək qətiyyən olmaz”.

25 yaşlı “çərçivə” qoruyucusu çempionatın ilk turundan əsas heyətdə meydana çıxıb və bütün oyunları əvəzedilmədən keçirib. Tadas məşqçilər korpusunun etibar etdiyi futbolçuların ön sırasında gəlir:

“Öz oyunum haqda nə deyəcəyimi bilmirəm. Yəqin ki, buna kənardakılar qiymət verə bilər. Amma söyləyim ki, işlər pis getmir. Yalnız “Zirə” ilə oyunda səhvim baha başa gəldi. Qol epizodunu hələ də unuda bilmirəm”.

Simaitis “Kəpəz” azarkeşlərindən də bəhs edib. Hər zaman sosial şəbəkələr vasitəsi ilə gəncəli fanatları fərqləndirən qapıçı şərəfini qoruduğu komandanın möhtəşəm dəstəyə malik olduğunu söyləyib: “Hələ ilk turda necə fanatlarımızın olduğunu görmüşdüm. Azarkeşlər “Neftçi” ilə qarşılaşmada bizə əla dəstək olmuşdular. Gəncədəki oyunlarımızda ab-hava lap yaxşıdır. Çoxlu sayda azarkeşin qarşısında oynamaq zövq verir. Özümüzü daha inamlı hiss edirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.