15 sentyabr 2015 18:20
Qarabağ Londona getdi
"Qarabağ" Londona yola düşüb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Tottenhem"in qonağı olacaq Ağdam klubu birbaşa İngiltərənin paytaxtına uçub. 18:00-da yola düşən "Qarabağ"ın yolçuluğunun təxminən 5 saat yarım olması gözlənilir.
Sabah komandamız oyunun keçiriləcəyi "Uayt Hart Leyn" stadionunda yerli vaxtla 19:00-da məşqə çıxacaq. Buna qədər isə baş məşqçi Qurban Qurbanov və bir futbolçumuz meda mənsublarının suallarını cavablandıracaq.
Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" oyunu sentyabrın 17-də keçiriləcək və saat 00:05-də (18-inə keçən gecə) start götürəcək.
