15 sentyabr 2015 18:00
Millimiz ilk oyunda qələbə qazandı
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, uelsli həmyaşıdları ilə qarşılaşan yığmamız 4:1 hesabı ilə qələbə qazanıb.
Yaiza Releanın dubl etdiyi oyunda komandamızın digər qollarını Kristina Bakarandze və Nigar Cəlilli vurub.
Yığmamız növbəti oyununu sentyabrın 17-də saat 20:00-da Belçika millisinə qarşı keçirəcək.
