15 sentyabr 2015 17:40

İlqar Qurbanov: Qarabağ sanki ÇL-in qrupundadır

"Qarabağ"ın yarımmüdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- "Xəzər Lənkəran"la oyunda çətinliklə qalib gəldiniz. Baxmayaraq ki, üstünlük tamamilə komandanızın tərəfində idi...
- Bəli, biz bu oyunda istədiyimiz kimi oynadıq. Çoxlu qol vəziyyəti də yaratmağa nail olduq. İkinci hissədə 4-5 belə vəziyyətimiz oldu. Sadəcə, ələ düşən şanslardan yaxşı yararlana bilmədik. Yeni futbolçumuzun - Samuel Armenterosun bu oyunda qol vurması sevindirici oldu. Bu, onun üçün qarşıdakı oyunlar öncəsi yaxşı motivasiya olacaq.

- Birinci hissədə solda oynayırdınız, fasilədən sonra isə Maksim Medvedevin mövqeyinə - sağa keçdiniz. Matçın gedişində belə bir yerdəyişmə çıxışınıza təsir göstərmədi?
- 5-10 dəqiqə mövqeyinə alışırsan. Çox mövqedə oynamışam. Ona görə də mənə istənilən mövqedə oynamağa alışmaq çətin deyil.

- Bu qələbə yəqin ki, "Tottenhem"lə qarşılaşma öncəsi xüsusi əhəmiyyətə malikdir...
- "Xəzər Lənkəran"la oyunda qələbə qazanmağı çox istəyirdik. Bu üç xal bizə çox lazım idi. Avropa Liqası ilə yanaşı, çempionatda da hədəflərimiz var və hər oyunun çətin keçəcəyini bilirik. Hər bir rəqiblə görüşə xüsusi və ciddi hazırlaşmaq lazım gəlir. Artıq lənkəranlılarla görüş geridə qaldı. Bundan sonra ancaq "Tottenhem"lə oyunu düşünəcəyik.

- "Qarabağ" Londonda hansı nəticəyə ümidlidir?
- Çətin oyun olacaq. Rəqib barədə xüsusi nəsə deməyə ehtiyac da yoxdur. Düzünü deyim ki, belə çətin bir qrupa düşəcəyimizi gözləmirdim. Sanki, Çempionlar Liqsının qrupuna düşmüşük. Amma "Tottenhem", "Monako" və "Anderlext" kimi klubları Bakıya gətirəcəyik. Layiqli mübarizə aparmağa çalışacağıq.

- Belə çıxır ki, bu komanda ilə səfər oyununda sizdən qələbə gözləməyə dəyməz?
- Futbolda hər şey mümkündür. Rəqib həm uzun, həm də qısa ötürmələrdən istifadə edir. Lazım gələndə aqressiv futbol sərgiləyir. Çətin olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.