15 sentyabr 2015 17:00
PAOK Bakıya oyundan bir gün öncə gələcək
Yunanıstanın PAOK klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" ilə səfər matçı üçün Bakıya gələcəyi tarixi müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, yunanlar Azərbaycana matçdan bir gün əvvəl - sentyabrın 16-da gələcək.
İqor Tudorun çalışdırdığı komanda matçın ertəsi günü, səhər tezdən də Yunanıstana qayıdacaq.
Qeyd edək ki, "Qəbələ" - PAOK qarşılaşması sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək və saat 22:00-da start götürəcək.
