15 sentyabr 2015 16:00
Qruqorçukla Tudor mətbuat konfransı keçirəcək
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" ilə Yunanıstanın PAOK klubu arasında keçiriləcək oyundan öncə mətbuat konfransları təşkil olunacaq. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk jurnalistlərlə sabah "Bakcell Arena"nın konfrans zalında görüşəcək.
Bu tədbir saat 19:15-də start götürəcək. Ukraynalı mütəxəssis saat 20:30-da komandasını son məşqə çıxaracaq.
Yunanıstan təmsilçisinin mətbuat konfransı da eyni məkanda keçiriləcək. Onun media əhli ilə görüşü saat 20:00-da başlayacaq. 21:30-da isə o, komandasını son məşqə çıxaracaq.
Qeyd edək ki, "Qəbələ" - PAOK matçı sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək və saat 22:00-da start götürəcək.
