15 sentyabr 2015 15:20

Ruslan Abışov: Qəbələnin bu mövsüm çempion olmaq şansı daha çoxdur

Azərbaycan yığmasının və "Qəbələ"nin müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi

- "Xəzər Lənkəran"a uğursuz keçidinizə görə təəssüflənmirsiniz?
- Mən belə deməzdim. Futbolda belə hadisələrdən heç kim sığortalanmayıb. Bunu anlayışla qəbul etmək lazımdır. Klub rəhbərliyi ilə də bir-birimizi yaxşı başa düşdük və qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Fikrimcə, "Xəzər Lənkəran" gənc heyətlə də uğurlu mübarizə aparacaq.

- "Neftçi" və "İnter"ə də keçidiniz gündəmdə olduğu halda, "Qəbələ"yə qayıtmağa üstünlük verdiniz...
- "Qəbələ" üçün darıxmışdım. Mən heç çempionatda keçirdiyimiz son oyunumuzu, bürünc medalları aldığımız tədbiri unutmamışdım. Necə yaxşı komandamızın olduğunu da hamı yaxşı bilirdi. Mən özümü "Qəbələ"də yaxşı hiss edirəm.

- Siz həmin mükafatlandırma mərasimində azarkeşlərə növbəti mövsümdə çempionluq sözü vermişdiniz. Bu sözünüzü tuta biləcəksiniz?
- "Qəbələ"də çox güclü futbolçular cəmləşib. Həm yerli, həm də əcnəbi futbolçuları yüksək keyfiyyətə malikdirlər. Ona görə də bu mövsüm əvvəlki ilə müqayisədə çempionluq şansımız daha çoxdur.

- Siz Avropa Liqasının qrup mərhələsində komandaya kömək edə bilməyəcəksiniz...
- "Qəbələ"yə qrup mərhələsində kömək etməyi çox istəyərdim. Görünür, qismət deyilmiş. "Rubin"lə bu turnirdə oynamışdım. Amma "Qəbələ" ilə qrupda oynamaq tamamilə fərqli hisslər olardı. İnanıram ki, "Qəbələ" ilə Çempionlar Liqasının qrup mərhələsində çıxış edə biləcəyəm (gülür).

- Komandanız artıq bu həftə ilk oyununda PAOK-la qarşılaşacaq...
- Yunanıstan klubu çox güclüdür. Amma komandamız da əvvəlki oyunlarında istənilən rəqibə qarşı mübarizə aparmaq gücündə olduğunu isbatlayıb. "Qəbələ"nin potensialı daha artığına nail olmağa imkan verir. Uşaqlar baş məşqçi Roman Qriqorçukun tapşırıqlarının heç olmasa, 70 faizini yerinə yetirə bilsə, istənilən rəqibdən 3 xal almaq olar.

- Qriqorçuk sizi necə qarşıladı?
- (gülür) Yaxşı. Şadam ki, yenidən onun rəhbərliyi altında oynayacağam.

- Robert Prosineçki ilə oyun təcrübənizin az olması ilə bağlı söhbətiniz oldu?
- Bəli, bu barədə söhbətləşdik. O, mənim klubdakı işlərimlə maraqlandı, məslətlərini verdi. Bildirdi ki, yığmamızın İtaliya və Bolqarıstanla oyunlara hazır olmağım lazımdır. Bu dəstəyinə görə ona təşəkkürümü bildirirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.