15 sentyabr 2015 12:20
Könül Mehtiyeva təyinat alıb
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb. Azerisport.az xəbər verir ki, o, qadınlar arasında 2017-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 22-də, Qazaxıstanın Astana şəhərində keçiriləcək Qazaxıstan - Norveç oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, bu, Mehtiyevanın beynəlxaq oyuna ilk təyinatıdır.
