15 sentyabr 2015 00:15
Tottenhem - Qarabağ matçı üçün 25 min bilet satılıb
Avropa Liqasının J qrupu çərçivəsində İngiltərənin "Tottenhem" klubu ilə Azərbaycan çempionu "Qarabağ" arasında keçiriləcək oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, hazırda bu oyuna 25 000 bilet satılıb.
Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" oyunu Londondakı "Uayt Hart Leyn" stadionunda keçiriləcək. Sözügedən arena 36 mindən çox azarkeş tutumuna malikdir.
Sentyabrın 17-də baş tutacaq bu qarşılaşma yerli vaxtla 21:05-də (Bakı vaxtı ilə 00:05) start götürəcək.
