15 sentyabr 2015 00:10
Xəzər Lənkərandan ayrıldı, Kəpəzə keçdi
"Xəzər Lənkəran"ın bu yay heyətinə qatdığı, amma FİFA-nın məlum sanksiyası ilə əlaqədar komandadan ayrılmaq məcburiyyətində qalan daha bir futbolçu özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi Rəşad Eyyubov "Kəpəz"lə anlaşıb.
23 yaşlı futbolçu "Kəpəz"ə keçib. Artıq tərəflərin rəsmi müqavilə imzaladıqları da bildirilir.
Qeyd edək ki, Eyyubov "Xəzər Lənkəran"a bu yay fəaliyyətini dayandırmaq məcburiyyətində qalan "Simurq"dan keçmişdi.
