Sergey Zenyov: Panatinaikos PAOK-la eyni səviyyədə komandadır
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, həm 1:2 hesabıyla uduzduqları bu görüşdən, həm də Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qarşı keçirəcəkləri oyundan söz açıb:
"Ona görə uduzduq ki, bizə qələbə qazandıra biləcək qədər qol vura bilmədik. Əsas nəticə qazanmaq idi, biz də buna nail ola bilmədik. Qol vəziyyətlərimiz var idi. Sadəcə, onlardan yararlana bilmədik. Bu nəticə bizi ancaq məyus edir. Artıq bu oyunu unutmalıyıq. Bütün diqqətimizi Avroliqanın qrup mərhələsi çərçivəsində PAOK-a qarşı keçirəcəyimiz oyuna yönəltməyimiz lazımdır. PAOK-u "Panatinaikos"la müqayisə etsək, eyni səviyyəli komandalar olduğunu görərik. Deməli, asan olmayacaq".
