14 sentyabr 2015 16:00
Qəbələ - PAOK matçının bileti 2-10 manata
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində sentyabrın 17-də keçiriləcək "Qəbələ" - PAOK qarşılaşmasının biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri bu gün saat 17:00-dan etibarən "Bakcell Arena"nın kassalarından əldə edə bilərsiniz.
Biletlərin qiyməti 2, 5 və 10 AZN-dir.
