14 sentyabr 2015 00:05
Qarabağın rəqibi xal itkisi ilə üzləşdi
Belçika çempionatında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Anderlext" də növbəti matçını keçirib.
Sözügedən klub doğma meydanda "Genk"lə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, "Anderlext" 7 turdan sonra 14 xalla ikinci pillədə qərarlaşıb.
