13 sentyabr 2015 23:35
Emin Quliyev: Futbolçulardan çox narazıyam
"Rəvan"ın baş məşqçisi Emin Quliyev Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Futbolçularımdan çox narazıyam. Səhvlərdən sonra qapımızda qollar gördük. Bizə mütləq bir mərkəz hücumçusu lazımdır. Hakim oyuna cəmi 4 dəqiqə əlavə etdi. Hakimlikdən danışmaq istəmirəm”.
