13 sentyabr 2015 19:40
Qarabağın rəqibi Sanderlend üzərində qələbəyə sevindi
İngiltərə Premyer Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Tottenhem" də növbəti matçını keçirib.
London klubu səfərdə "Sanderlend"lə qarşılaşıb. Matç "Qarabağ"ın rəqibinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Tottenhem" hazırda 6 xalla 20 klub arasında 12-ci pillədə qərarlaşıb.
