13 sentyabr 2015 19:20
Ruslan Abışov Neftçi və Qəbələyə qayıdır?
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun xidmətində Premyer Liqanın iki təmsilçisi maraqlıdır. Azerisport.az xəbər verir ki, bunlar "Neftçi" ilə "Qəbələ"dir.
Maraqlıdır ki, Ruslan karyerası ərzində hər iki klubun formasını geyməyə imkan tapıb. İndi onun keçmiş klublarından hansını seçəcəyi maraqla gözlənilir.
Bu arada "Neftçi" klubundan saytımıza verilən son məlumata görə, onlar Abışovun xidmətində maraqlı deyillər və o, bu komandaya qayıtmayacaq.
