13 sentyabr 2015 14:40
Millimizin müdafiəçisi oynamadı, komandası uduzdu
İsveç çempionatında 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Norrçöpinq"lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 1:2. "Kalmar"ın əsas heyət oyunçularından olan Eminin adı bu matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Kalmar" hazırda 23 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.
