13 sentyabr 2015 14:00
Yığmamızın futbolçusu qol vurdu, komandası qalib gəldi
Almaniya Qərb Regional Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Veqberq-Bik"lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb. Matçda hesabı da məhz 44-cü dəqiqədə Toğrul açıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 12 xalla 19 klub arasında 5-ci pillədə qərarlaşıb.
