13 sentyabr 2015 13:40
Pavel Paşayev 84 dəqiqə oynadı, komandası darmadağın oldu
Ukrayna çempionatında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Metallurq" da növbəti matçına çıxıb.
Zaporojye klubu doğma meydanda "Dnepr"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Pavel 84-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Metallurq" geridə qalan turlarda cəmi 2 xal qazanıb və 14 klub arasında sonuncu pillədə qərarlaşıb.
