13 sentyabr 2015 11:40
Abışovla Nadirov Xəzər Lənkəranı tərk etdi
"Xəzər Lənkəran"ın bu yay heyətinə qatdığı iki futbolçu cənub klubunun düşərgəsini tərk edib. Azerisport.az xəbər verir ki, bunlar Ruslan Abışovla Vüqar Nadirovdur.
Xatırladaq ki, Abışov "Xəzər Lənkəran"a "Qəbələ"dən, Nadirov isə "Qarabağ"dan keçmişdi. Amma FİFA-nın qoyduğu transfer qadağası səbəbindən onlarla yanaşı digər yeni futbolçuların da cənub təmsilçisində oynaması qışdan tez mümkün olmayacaqdı. Elə bu üzdən də hər iki futbolçu "ağ-yaşıllar"ın düşərgəsini tərk edib. İstisna deyil ki, onlar tezliklə başqa kluba keçsinlər.
