13 sentyabr 2015 01:05
Balayevsiz Ayntraxt 6 qolla qalib gəldi
Almaniya Bundesliqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda "Köln"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 6:2 hesablı qələbəsi ilə başa çatıb. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 7 xalla 4-cü pillədə qərarlaşıb.
