13 sentyabr 2015 00:55
Millimizin sabiq futbolçusu 90 dəqiqə oynadı, komandası 1 xal qazandı
Türkiyə PTT 1-ci liqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Altınordu" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 6 xalla 3-cü pillədə qərarlaşıb.
