13 sentyabr 2015 00:45
İlqar Qurbanov: Qarabağ 3 xala layiq idi
"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Xəzər Lənkəran" üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun alındı. Amma biz çoxlu qol vəziyəti yaratdıq. Onların da sadəcə, birindən yararlana bildik. Daha çox qol vura bilərdik. Komandamızın yeni transferinin qol vurması sevindiricidir. Bu, bizim üçün çox vacib qələbə idi. Fikrimcə, 3 xala layiq idik".
