13 sentyabr 2015 00:35
Qəbələnin rəqibindən ardıcıl 4-cü qələbə
Almaniya Bundesliqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Dortmund "Borussiya"sı da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Hannover"lə qarşılaşıb. Matç "Qəbələ"nin rəqibinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Dortmundluların qollarını Mats Hummels, Pyer-Emerik Obameyanq və Adrian Ramos vurub.
Qeyd edək ki, "Borussiya" hazırda 12 xalla liderdir.
