12 sentyabr 2015 23:35
Nazarov oynadı, Karlsrue yenə darmadağın oldu
Almaniya ikinci Bundesliqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Yunion Berlin"lə qarşılaşıb. Matç meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Nazarov bu qarşılaşmanın 54-cü dəqiqəsində, hesab 0:2 olarkən meydana çıxıb.
Xatırladaq ki, Nazarovun komandası onun oynamadığı əvvəlki qarşılaşmada da 0:6 hesablı darmadağınla üzləşmişdi.
Qeyd edək ki, "Karlsrue" hazırda 6 xalla 13-cü pillədə qərarlaşıb.
