Tuyqun Nadirov: FİFA-nın məqsədi Xəzər Lənkəranı zəiflətməkdir
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov FİFA-nın transfer qadağası ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, sözügedən məsələ ilə bağlı bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
"Biz hazsızlıqla üzləşmişik. 2014-cü il 20 avqustda FİFA klubumuza 2 transfer pәncәrәsi dövründә qadağa qoymuşdu. Bu qadağa 31.08.2015-ci ildә başa çatıb. 2010-cu il әsasnamәsinә görә biz 31 avqustdan sonra transfer edә bilәrik. Qәrar 2012-ci ildә olub vә reqlament hәmin vaxt 2010-ci ilә aid idi. Buna da әsasәn biz bir neçә futbolçunu heyәtә qatmaq istәdik. AFFA 26 avqustda mәktub göndәrib ki, "Xәzәr Lәnkәran" yeni oyunçuları qeydiyyatdan keçirә bilәr? FİFA cavabında bildirib ki, bu klub yalnız növbәti transfer pәncәrәsindә heyәtә yeni oyunçular qata bilәr. Ali futbol qurumu bildirib ki, 2012-ci il reqlamentinә әsasәn yeni oyunçular, azad transferlәr olsa belә, qeydiyyata salına bilmәz. FİFA-nın hüquq bölmәsi bizә qadağa qoyub. Sentyabrın 8-də gələn məktubda bildirilir ki, biz yalnız növbəti transfer pəncərəsindən etibarən heyətimizə yeni futbolçu qata bilərik. Bu, ədalətsizlikdir. Bununla bağlı biz də FİFA-ya müraciət etmişik. FİFA-dan gələn məktubda da qeyd edirlər ki, məqsəd sanksiya tətbiq etməklə klubu zəiflətmək, oyunlara zəif heyətlə çıxmasına nail olmaqdır”.
Nadirovun sözlərinə görə, onlar bu qərarla razılaşmırlar: "Bununla bğlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyik. Orada bütün faktları göstərib, haqlı olduğumuzu isbatlamağa çalışacağıq".
Klub rəsmisi yeni transferlərlə də bağlı fikirlərini bölüşüb: "Cәzalı klublar transferi 6 ay öncә edә bilәrlәr. Bu xaricdә dә var və tam qanunidir. "Xәzәr Lәnkәran" transferlәr zamanı heç bir yanlışlığa yol vermәyib. FİFA-nın qәrarı ilә biz 31 avqustdan sonra transfer edә bilәrik. 2010-cu il reqlamentindә belә yazılır. Ali futbol qurumunun kluba qarşı әdalәtsizliyi bizi pis vәziyyәtә qoydu. Biz avqustda gәnc heyәtlә oynadıq. Baş mәşqçimiz iş plananını bundan sonra yeni plana әsasәn qurmuşdu. Biz dünәn dә söhbәt etmişik, bu gün dә söhbәt edәcәyik. Elә bilirәm ki, hәmin futbolçular da gözlәyәcәklәr. O futbolçuları da başa düşürük. Yenә deyirәm ki, bugünkü әdalәtsiz qәrar bizә çox tәsir edәcәk. Biz әlimizdәn gәlәni edәcәyik ki, qısa müddәtdә mәsәlә hәllini tapsın. Sentyabrın sonuna qәdәr bunu etmәyә çalışacağıq".
"Fikrimcә, biz haqsız olsaydıq, AFFA bizә dәstәk olmazdı. EKA deyilәn bir tәşkilat var. Biz oranın üzvüyük vә oranın hüquqşünası da bizә dәstәk oldu. Biz hamımız bilirik ki, bir neçә il bundan qabaq 6 xalımız silinmişdi. FİFA hәmin vaxt da әvvәlcә bizә әksini sübut etmәyә çalışsa da, haqlı olduğumuzu İdman Arbitraj Mәhkәmәsi ilә sübut etdik"
Nadirov Ruslan Abışovla Vüqar Nadirovun "Neftçi"yә gedәcәyinə dair yayılan xəbərlərə də münasibət bildirib: "Onlar hazırda bizim futbolçulardır. Heç bir şikayәt etmirlәr. Onlarla yenә görüşәcәyik. Proses hələ 10 gün davam edəcək. Sanksiyaların durdurulmasını tәlәb edәcәyik. Belə hallarla təkcə biz üzləşmirik. Qərarlar həmişə ədalətli olmaya da bilər. Amma indiki məqamda qanun bizim tərəfimizdədir. Gec-tez haqlı olduğumuzu sübut edəcəyik".
