12 sentyabr 2015 13:00
Elnur Məmmədov: Neftçi muzey layihəsinin icrasına başlayıb
"Neftçi"nin icraçı direktoru Elnur Məmmədov klubun muzey layihəsi ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Müşahidə Şurasının son iclasında muzey layihəsi ilə bağlı müzakirələr aparıldı və icra olunmasına qərar verildi. Artıq onu gerçəkləşdirməyə başlamışıq. Bütün sirrləri açıqlamayacağam. Sadəcə, onu deyə bilərəm ki, muzey "Bakcell Arena"nın ərazisində açılacaq".
