12 sentyabr 2015 12:00

Mirhüseyn Seyidov: Hiss olunur ki, rəqibləri Qarabağla Qəbələyə yuxarıdan aşağı baxmırlar

"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Qəbələ"yə qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Fasilədən yaxşı yararlandıq. Hər şey normal keçdi. Çempionatın qarşıdakı oyunlarına hazırlaşdıq. Qış fasiləsinə qədər çox oyunumuz var. Ona görə də həmin oyunlara mümkün qədər yaxşı hazırlaşmağa çalışdıq".

Seyidov çempionatın ilk üç turundakı çıxışlarına da toxunub: "İnter" 4 xal toplayıb, beşinci yerdə gedir. Fikrimcə, normal çıxış etdik. Hələ qələbə və xallar qazanacağımız çox oyunumuz olacaq. Avropa Liqasından sonra çempionata köklənmək bir qədər çətin idi. Həm də komandamız yenidir. Amma hər şeyə rəğmən mövsümə yaxşı start verdik".

Yarımmüdafiəçinin sözlərinə görə, onların bu mövsüm üçün öz hədəfləri var: "Minimum hədəfimiz Avroliqaya vəsiqə qazanmaqdır. Amma buna nail olmağa hələ çox vaxt var. Hər oyunda maksimum nəticəyə çalışmalıyıq. Buna da indidən başlamaq lazımdır. Özü də bunu sözdə yox, əməldə etmək lazımdır".

Seyidov "Qəbələ" ilə oyunla bağlı gözləntilərini də dilə gətirib: "Bizi heç də asan oyun gözləmir. Onlar hazırda çox yaxşı formadadırlar. Amma biz də öz istəyimizə çatmağa çalışacağıq.

Yeri gəlmişkən, bu komandanı Avroliqanın qrup mərhələsinə çıxması münasibətilə təbrik edirəm. Mən onların uğur qazanacağına öncədən də əmin idim. Çünki komanda çox böyük istəklə oynayırdılar. "Qarabağ"ın da avrokuboklar təcrübəsi çox böyükdür. Hər iki komandamız çox çətin qrupa düşüb. Buna baxmayaraq, əminəm ki, onlar uğur əldə etmək, mümkün qədər çox xal qazanmaq üçün əllərindən gələni edəcəklər. Hər iki komandamız üçün nə qədər çətin olsa da, uğur qazanmaq şansı var. Elə rəqiblərin açıqlamalarından da görünür ki, onlar "Qarabağ"la "Qəbələ"yə yuxarıdan aşağı baxmırlar".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.