12 sentyabr 2015 00:35
Yunis Hüseynov: Qarabağa qarşı 12 futbolçu ilə mübarizə aparmaq çətin olacaq
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov "Qarabağ"a qarşı keçirəcəkləri Topaz Premyer Liqasının 4-cü turu çərçivəsindəki qarşılaşma öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Elşən Rzazadə ilə Adrian Skarlatake "Rəvan"la son oyunda qırmızı vərəqə aldığından qarşıdakı matçı buraxmalı olacaq. Yeni futbolçuları oyuna qədər sifariş edə bilməsək, sərəncamımda cəmi 12 futbolçu qalacaq. Onların da 4-5-i əvəzedici heyətin üzvləridir. Yəqin ki, belə bir heyətlə "Qarabağ"a qarşı mübarizə aparmağın necə çətin olduğunu başa düşürsünüz. Bütün çətinliklərə baxmayaraq, biz bu oyunda müsbət nəticə qazanmaq üçün mübarizə aparacağıq".
