12 sentyabr 2015 00:25
Abdulla Abatsiyev: Qəbələyə qalib gəlməyə borcluyuq
"İnter"in yarımmüdafiəçisi Abdulla Abatsiyev Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Güclü komandaya qarşı oynayacağıq. Rəqibimiz çempionluğa iddialı olan komandalardandır. Amma biz evdə oynayacağıq və bu üzdən rəqibimizi məğlub etməyə borcluyuq. Yığma komandaların oyunları ilə əlaqədar yaranan fasilə bizim xeyrimizə işlədi. Tiflisdə yaxşı toplanış keçə bildik. Toplanışın xüsusilə də mənə faydası oldu. Çünki mən komandaya gec qoşulmuşdum. Bu, bir növ mənim üçün mini-toplanış oldu. Özümü normal hiss edirəm".
