12 sentyabr 2015 00:15

Topaz Premyer Liqasında 4-cü tur həyəcanı

Bu gün və sabah Topaz Premyer Liqasında 4-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq ilk turun 5 oyunu 2 gün ərzində baş tutacaq.

Turun açılış matçında “Kəpəz” doğma meydanda  AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar əvvəllər 12 dəfə üz-üzə gəliblər. Həmin oyunlarda paytaxt təmsilçisinin böyük üstünlüyü var. Belə ki, bakılılar indiyə qədər gəncəlilər üzərində 9 qələbəyə seviniblər. İki dəfə heç-heçə qeydə alınıbsa, "Kəpəz" cəmi bir dəfə qalib gəlib. Topların fərqində də AZAL üstündür - 22:5. Ümumiyyətlə, paytaxt klubu son 7 matçda bu rəqibinə qalib gəlib. “Kəpəz” ardıcıl 3 oyunda üç və daha çox qol buraxıb. Gəncə təmsilçisinin bütün ev oyunlarında qol qeydə alınıb. Amma indiki "Kəpəz" rəqibi ilə müqayisədə daha güclü heyətə malikdir və Şahin Diniyevin komandası uğursuz gedişata son qoya bilər.

Daha sonra “İnter” “Qəbələ” ilə münasbətlərinə aydınlıq gətirəcək. Tərəflərin əvvəlki 28 oyununda bakılıların üstünlüyü var. Paytaxt təmsilçisi 13 dəfə qələbə qazanıbsa, "Qəbələ"nin cəmi 6 qalibiyyəti var. 9 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də bakılıların xeyrinədir - 41:23. Amma “İnter” son 3 qarşılaşmada qəbəlilərə qalib gələ bilməyib. Baxmayaraq ki, bakılılar 4 matçdır meydanı qolsuz tərk etmirlər. Bu dəfəki qarşılaşmada əksəriyyət "Qəbələ"ni favorit hesab edir. Roman Qriqorçukun komandası qalib gələcəyi halda həm də Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki ilk oyuna daha yüksək əhval-ruhiyyə ilə çıxmaq imkanı əldə edəcək. Amma bakılılar da doğma meydanda çıxış edəcəklərindən ən azından iddialı rəqibinə uduzmamağa çalışacaq.

İlk oyun gününün son matçında “Qarabağ” “Xəzər Lənkəran”la qarşılaşacaq. Bölgə klubları tarixlərində 33-cü dəfə üz-üzə gələcəklər. Əvvəlki 32 qarşılaşmada “Qarabağ” qələbə, “Xəzər Lənkəran” top sayında üstündür. 15 oyunda ağdamlılar, 12-də isə lənkəranlılar qələbəyə seviniblər. Qalan 5 qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqində isə cənubluların cüzi üstünlüyü diqqət çəkir - 37:36. “Qarabağ” 4 oyundur bu rəqibinə məğlub olmur. Ağdam təmsilçisi son iki ev oyununda qalib gəlib. Qurban Qurbanovun komandası bu matçın favoritidir. Üstəlik, "Qəbələ" kimi, Ağdam klubu da Avroliqanın qrup mərhələsi çərçivəsindəki ilk matç öncəsi komandadakı atmosferi daha da yaxşılaşdırmaq üçün qələbə qazanmağa çalışacaq. Amma Yunis Hüseynovun çalışdırdığı cənub təmsilçisi də bu görüşdə xalsız qalmamaq üçün sonadək mübarizə aparacaq. Yeni transferlərə qoyulan qadağa qalxacağı halda, "ağ-yaşıllar" bu oyuna tam heyətlə çıxsa, o zaman daha maraqlı mübarizə görəcəyimiz şübhəsizdir.

İkinci oyun günündə öncə “Sumqayıt” çempionatın debütantı “Zirə”ni qəbul edəcək. Bu komandalar indiyədək qarşılaşmayıblar. Aqil Məmmədovun çalışdırdığı sumqayıtlılar bu matçda cari mövsümdə ilk qələbəsini qazanmağı hədəfləyib. Amma rəqibi ilə müqayisədə daha sanballı heyətə malik "Zirə" də Sumqayıta yalnız üç xal üçün yollanacaq. Ona görə də bu görüşün gərgin keçəcəyini gözləmək olar.

Nəhayət, turun qapanış matçında “Rəvan” "Neftçi” ilə qarşılaşacaq. Bu komandalar indiyə qədər 8 dəfə üz-üzə gəliblər. Paytaxt təmsilçilərinin matçlarında hələ heç-heçəyə təsadüf olunmayıb. "Rəvan" cəmi bir dəfə qələbə qazandığı halda, qalan 7 oyunun hamısında "ağ-qaralar" 3 xalı bayram ediblər. "Neftçi" top fərqində də üstündür - 11:4. “Neftçi” son 5 qarşılaşmada bu rəqibinə qalib gəlib. Ümumiyyətlə, “Rəvan”ın meydanındakı görüşlərdə qol vuran komanda 3 xal qazanır. Samir Əliyevin çalışdırdığı komanda bu görüşdə növbəti qələbəsini qazanmağa çalışacaq. Amma Emin Quliyevli "Rəvan" da sərgilədiyi oyunla iddialılara başağrı ola biləcəyini isbatlayıb.

Topaz Premyer Liqası
4-cü tur

12 sentyabr (şənbə)

16:00. “Kəpəz” – AZAL
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əli Hüseynov.
Gəncə şəhər stadionu.

20:00. “İnter” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “İnter Arena”.

20:30. “Qarabağ” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “Dalğa Arena”.

13 sentyabr (bazar)

19:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Melik Həsənov.
Sumqayıt. "Kapital Bank Arena".

21:00. “Rəvan” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Vüsal Əliyev.
Bakı. “Bayıl Arena”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.